ASN-nin Çexiya Nümayəndəliyinin açılışı

24. Apr. 2013

Böyük sevinc hissi ilə Sizləri 1win Azerbaijan Student Network-un Çexiya Nümayəndəliyinin açılış mərasiminə dəvət edirik. Mərasim, cari ilin may ayının 3-ü, saat 14:00-da Praqa Marriott Oteldə baş tutacaqdır. Azərbaycan Respublikasının Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cənab Tahir Tağızadənin də təşrif buyuracağı görüşdə Azərbaycan, Çexiya və digər dövlətlərdən müxtəlif nümayəndələr iştirak edəcəkdir. Musiqili-mədəniyyət proqramı ilə davam edəcək görüşdə qonaqlar üçün ləziz nahar yeməyi təklif olunacaqdır. Ümüd edirik ki, bizimlə bərabər Sizin … more

Post-Sovet məkanında etnik konfliktlərə dair Workshop

23. Apr. 2013

Azərbaycan Tələbə Şəbəkəsi (ASN) 20 – 21 Aprel tarixlərində Münster Graduate School of Politics-lə birgə Almaniyanın Münster şəhərində Post-Sovet məkanında etnik münaqişələrlə bağlı araşdırmalara həsr edilən birinci seminar-workshop keçirmişdir. Münster şəhərinin eyniadlı universitetində baş tutan seminarı həmin universitetin politologiya ixtisası üzrə doktorantura təhsili alan Elnur İsmayılov giriş sözü ilə açaraq qonaqları salamlamışdır. Daha sonra ASN-in icraçı direktoru, İbrahim Əhmədov tədbir iştirakçılarını ASN və onun fəaliyyət istiqamətləri ilə tanış etmişdir. Bundan … more

Oskar Mükafatı qalibi ilə müsahibə

9. Apr. 2013

“Tabut düzəldənin yelləncəyi” filmi haqqında” “Tabut düzəldənin yelləncəyi” sərt ata və onun dəngəsər oğlu arasında olan mürəkkəb münasibətləri təsvir edən film cürbəcür mükafatlar toplayaraq, müxtəlif film festivallarında nümayiş olunur. Filmin rejissoru Elmar İmanov Almaniyanın Köln şəhərində yaşayır və orda da işləyir. Amma o, bu filmi Azərbaycanda çəkib – buna görə də bu film bizim üçün çox maraqlıdır. Bu intervyuda Elmar bizə bu filmlə nələrə nail olmaq istədiklərdən və çəkiliş vaxtı … more

Novruz Bayramı

1. Apr. 2013

milli bayramlarımızdan biri olan və baharın gəlişini xəbər verən Novruz Bayramına həsr edilən tədbirlərdən biri də mart ayının 22-də Almaniyanın Köln şəhərində təşkil edilmişdir. ASN və AzEvents-in birgə layihəsi olan və Avropanın indiyə kimi keçirilən ən böyük Novruz şənliyi olan bu tədbirdə min nəfərdən çox azərbaycanlı və Azərbaycana marağı olan xarici vətəndaşlar iştirak etmişdirlər. Azərbaycanın tanınmış mədəniyyət nümayəndələri o cümlədən Yaqub Zurufçu, Aftandil İsrafilov və Səidə Sultan tədbirin daha da … more