Almaniya Plastik Cərrahlar Birliyinin prezidenti cənab professor Voqtun Bakiya səfəri

3. Dec. 2012

Noyabr ayının 26-29 ərəfəsində Almaniya Plastik Cərrahlar Birliyinin prezidenti cənab professor Voqtun Bakiya səfəri ASN-in layihə koordinatoru Gülşən Vəliyeva tərəfindən təşkil olunmuşdur.

Professorun Bakıya gəlişinin əsas məqsədi Azərbaycan Tibb Universitetinin tələbələri üçün mühazirə keçirmək idi. Bundan əlavə, Tibb Universitetinin kitabxanasına Almaniyadakı Klinika tərəfindən nəşr olunmuş kitabının təqdimatı planlaşdırılmışdır. Cənab Voqtun Tibb Universitetin rektoru cənab akademik Əhliman Əmiraslanovla görüş zamanı iki universitet arasında əməkdaşlıq haqqında saziş imzalandı. Bu sazış əsasında, Klinikada yay praktikaları və rezidentlərin rotasiya kurslarının keçirilməsi üçün hər iki universitetin rəhbərliyi tərəfindən rəsmi razılıq verildi. Bundan əlavə, Azərbaycan Plastik Rekonstruktiv Cərrahlar Birliyinin rəhbəri professor Vaqif Qələndərli ilə perspektivli birgə planlar və Azərbaycanda Plastik Rekonstruktiv Cərrahların Konqresinin keçirilməsi müzəkirə olundu.

Cənab Voqtun Bakı səfəri ərzində o, Qobustan təbii milli muzeyinə səfər etmiş və Azərbaycan mədənniyyəti ilə yaxından tanış olmuşdur.

Qeyd etmək istərdik ki, layihənin ikinci hissəsində Hannover Ali Tibb Məktəbində (MHH) Azərbaycana həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulub.